“Red Wings” aviaşirkəti Azərbaycana reyslərin yerinə yetirilməsi üçün icazə əldə edib

15:36 29.12.2022

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler

“Rosaviasiya” Federal Hava Nəqliyyatı Agentliyi Azərbaycana reyslərin yerinə yetirilməsi üçün “Red Wings” aviaşirkətinə icazə verib.

"Fins.az" xəbər verir ki, “Rosaviasiya”nın qərarı ilə “Red Wings” Orenburqdan Bakıya həftədə 5 dəfə reys yerinə yetirmək üçün icazə əldə edib.

Bununla yanaşı, Federal Hava Nəqliyyatı Agentliyi qeyd edir ki, bu icazələrin verilməsi barədə qərar əmrdə göstərilən beynəlxalq marşrutlar üzrə uçuşların bərpa edilməsi üçün əsas və ya qərar deyil. İcazə - uçuşları bərpa edərkən istifadə edə biləcəyi aviaşirkətin hüququdur.

Mənbə: Fins.az