05:24 07.10.2017
“Günay Sığorta” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. Bu vəzifəyə şirkətin Direktorlar Şurasının sədr müavini vəzifəsində çalışmış Həsən Bədəlov təyin edilib. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edildikdən sonra isə rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, Həsən Bədəlov 2002-2008-ci illərdə “Azər-Türk Bank” ASC-də, 2008-2013-cü illərdə “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin sədr müavini, 2013-2014-cü illərdə İntersun şirkətində bank, sığorta və pərakəndə sahələri üzrə maliyyə müşaviri, 2014-2015-ci illərdə bir sıra maliyyə qurumlarında müşavir kimi çalışmışdır. 2016-cı ildən etibarən isə “Günay Sığorta” ASC-də Direktorlar Şurasının sədr müavini kimi çalışmışdır.
İdarə Heyətinin sədri Vüqar Babakişiyev Direktorlar Şurasının üzvü kimi şirkətdə fəaliyyətini davam etdirəcək.
Həsən Bədəlova yeni vəzifəsində uğurlar arzu edirik!
Mərkəzi Bank 7 sığorta agentinin lisenziyasını ləğv edib - SİYAHI
Maaş və pensiyaların artımı DSMF ödənişini və – TİBBİ SIĞORTA HAQQINI DA ARTIRACAQ
Dövlət Sığorta Şirkəti “Bakı KOB evi” ilə - ƏMƏKDAŞLIĞA BAŞLADI
DAŞINMAZ VƏ DAŞINAR ƏMLAK SIĞORTASININ XÜSUSİYYƏTLƏRİ – Sığorta satıcıları üçün vacib bilgi və məlumatlar
“Qarabağda işləyən fiziki və hüquqi şəxslər sosial sığorta haqlarını 100% geri alacaqlar”
“Biz ölkənin sığorta sahəsində iqtisadi katalizator rolunu oynayacağıq” – "PAŞA Həyat"ın sədri ilə illik müsahibə
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.