İcbari əmlak sığortası vacib olan sığorta növlərindən biridir. Daşınmaz əmlak deyildikdə, hüquqi və fiziki şəxslərə məxsus olan yaşayış sahələri, qeyri-yaşayış sahələri, bütün növ bina və mənzillər nəzərdə tutulur. Təbii və qeyri-təbii fəlakətlər yaxud da hər hansı bir bədbəxtliyin nəticəsində yaranan yanğın, boru partlaması və s kimi problemlər zamanı dəymiş ziyanın ödənilməsini həyata keçirən sığorta şirkətlərinə öz daşınmaz əmlakınızı sığorta etdirərək gələcəkdə baş verə biləcək hər hansı bir problemdən minimum zərərlə xilas ola bilərsiniz. Artıq yeni təsdiq olunmuş qərara əsasən siz çox asan şəkildə daşınmaz əmlakınızı sığorta etdirə bilərsiniz. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin II fəslində Daşınmaz əmlakın icbari sığortası nəzərdə tutulmuşdur.
Əgər siz daşınmaz əmlakınızı sığorta etdirsəniz;
Ancaq aşağıdakı hallarda daşınmaz əmlakın nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur:
Qanunvericilikdə yaşayış evləri və mənzillər üçün sığorta tarifi sığorta məbləğinin 0,2%-i həcmində müəyyən edilib.
Daşınmaz əmlakın icbari sığortası günümüzdə ən vacib nüanslardan biridir. Insure.az ilə siz artıq bütün sığorta növlərinə hakim olacaqsınız. Belə ki, İcbari Əmlak sığortası sizə aşağıdakı üstünlükləri təmin edəcək.
Ev sığortası sizi ola biləcək hadisələrdən Bakı şəhərində 25,000 manatadək, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 20,000 manatadək, digər şəhər və bölgələrdə 15,000 manatadək sığortalayır. Ev sigortasi çox az bir məbləğ ödəməklə sizi böyük həcmli rəqəmlərdən qoruyur.
Mənzil sığortası növü üzrə sığorta haqqı, mənzillər üzrə Bakı şəhərində 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat, digər şəhər və bölgələrdə 30 manat təşkil edir. Digər növ daşınmaz əmlakın icbari sığortası haqqı, əmlakın dəyərindən asılı olaraq 0,16%-dən 0,35%-dək dəyişir. Bakı şəhərində menzil sigortasi üçün illik və bir dəfəlik olaraq ödədiyiniz 50 AZN məbləği əslində aylıq olaraq bölsək cəmi 4.1 AZN düşür. Bu da icbari əmlak sığortası zamanı 25000 manatadək olan təminatın qarşısında çox kiçik məbləğdir. Bunun əsas götürərək insure.az olaraq sizə sığortalanmanızı tövsiyyə edirik.
Evlerin icbari sigortasi haqqında qanuna baxmaq istəsək - Azərbaycan Respublikasın qanunvericiliyinə görə hüquqi və fiziki şəxslərə məxsus tikililər, yaşayış və qeyri-yaşayış sahələri, yaşayış evləri və binalar, mənzillər, habelə dövlət əmlakı icbari şəkildə sığorta edilməlidir. Bu qanunu rəhbər tutaraq siz də daşınmaz əmlakınızın icbari sığortasını mütləq şəkildə etdirməlisiniz. Həmçinin bu sığorta növü sizin üçün çox faydalıdır.
Artıq insure.az sizə tam olaraq onlayn icbari əmlak sığortası almağı təklif edir. Siz sadəcə əmlak üçün tələb olunan sənədlərin nömrəsini və şəxsi məlumatlarınızı daxil edərək onlayn icbari əmlak sığortası ala biləcəksiniz. Bu da sizi müxtəlif sığorta agentlərinin fırıldaqlarında, fiziki olaraq sığorta şirkətinə yaxınlaşmaq əziyyətindən qurtaracaq. Onlayn icbari emlak sigortasi almaq üçün sizə cəmi 1 dəqiqə yetərlidir.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.