10:49 03.11.2022
Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığımız baş tutdu. Prezident İlham Əliyev iki ədəd "TOGG" istədi.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "A Haber"ə müsahibəsində bildirib.
Türkiyə liderinin sözlərinə görə, Prezident İlham Əliyev avtomobillərdən birini xidməti maşın kimi istifadə edəcəyini bildirib və hələlik rəng seçimi etməyib.
Qeyd edək ki, ötən gün Azərbaycan və Türkiyə prezidentlərinin telefon danışığı olub. Prezident İlham Əliyev Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırıb.
Azərbaycan Prezidenti bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirib.
Mənbə: APA
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.