13:02 09.04.2019
Son günlər avtomobilllərin icbari sığortasının elektron müqavilə formasından bağlanması ilə bağlı cərimə məsələsi yenidən gündəmə gəlib. Məsələ ilə bağlı sığorta eksperti, Mustafa Abbasbəyli Fins.az-a münasibət bildirib. O deyib ki, 01.11.2016-cı il tarixində sığorta qanunvericiliyinə edilmiş dəyişikliklərə əsasən, avtomobillərin icbari məsuliyyət sığortası elektron şəkildə bağlanmaqdadır. Yəni, icbari sığortanın fiziki (möhürlü kağız) forması artıq mövcud deyil.
Lakin, bir çox sürücü, DYP əməkdaşlarının sığortanın kağız formasını tələb etdiklərini əsas gətirərək, sığortalanarkən möhürlü müqavilə tələb etməkdədir.
İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinin tələblərinə əsasən, sürücülər, sığorta müqaviləsini təqdim edilməməsinə görə deyil, məhz bağlanmamasına görə - 50 manat məbləğində cərimə edilirlər. Ona görə, sürücünün sistemdə sığorta haqqı ödənilmiş sığorta müqaviləniz varsa, onu heç kim sığorta ilə bağlı cərimə edə bilməz.
Mərkəzi Bank 7 sığorta agentinin lisenziyasını ləğv edib - SİYAHI
Maaş və pensiyaların artımı DSMF ödənişini və – TİBBİ SIĞORTA HAQQINI DA ARTIRACAQ
Dövlət Sığorta Şirkəti “Bakı KOB evi” ilə - ƏMƏKDAŞLIĞA BAŞLADI
DAŞINMAZ VƏ DAŞINAR ƏMLAK SIĞORTASININ XÜSUSİYYƏTLƏRİ – Sığorta satıcıları üçün vacib bilgi və məlumatlar
“Qarabağda işləyən fiziki və hüquqi şəxslər sosial sığorta haqlarını 100% geri alacaqlar”
“Biz ölkənin sığorta sahəsində iqtisadi katalizator rolunu oynayacağıq” – "PAŞA Həyat"ın sədri ilə illik müsahibə
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.