11:13 12.08.2022
Azərbaycanlı turistlər bu yay istirahət üçün əsasən Türkiyəyə üz tuturlar.
FED.az xəbər verir ki, bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib.
Onun sözlərinə görə, ölkəmizdən Türkiyəyə səfər sayının çox olmasının bir neçə səbəbi var.
"Azərbaycanlı turistlərin Türkiyəyə marağında yolun yaxınlığı, dilimizin və dinimizin bir olması əsas rol oynayır. Bundan başqa qardaş ölkənin turizm potensialı çox yüksəkdir. Türkiyədən sonra Misirə və Monteneqroya gedənlərin sayı da kifayət qədərdir. Monteneqro ilə ölkəmiz arasında viza rejimi ləğv edildikdən sonra turist sayında artım var. Bu sadaladığım ölkələr bu yay azərbaycanlı turistlərin ən çox getdiyi üçlükdədir",- deyə o qeyd edib. (Trend)
Mənbə: Fed.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.