AZAL: Rusiyadan Azərbaycana reyslərə tələbat artıb - QİYMƏTLƏR

16:39 26.09.2022

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler

Rusiyadan Azərbaycana reyslərə tələbat artıb.

FED.az xəbər verir ki, AZAL-dan  verilən xəbərə görə, tələbatın artması, habelə aviabiletlərin dəyərinə dair yaranan suallarla əlaqədar olaraq “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən Moskva-Bakı marşrutu üzrə təklif olunan aviabiletlərin xidmət sinifləri maksimal dəyəri - ekonom sinif - 409 avro; - biznes sinif - 769 avro; “VIP Club” tarifi - 869 avro təşkil edib.
⠀
AZAL-la yanaşı, Rusiyadan Azərbaycana Rusiyanın "Aeroflot", "Rossiya", "Utair", "Azimuth" və digər aviaşirkətləri də reyslər yerinə yetirir. Hər bir aviaşirkət öz qiymət siyasətini müstəqil şəkildə formalaşdırır.
⠀
Qeyd edək ki, aviabiletlərin qiymətləri birbaşa reysə olan tələbatdan, təyyarədə qalan yerlərdən, alış tarixindən, uçuş mövsümdən və bir sıra digər kriteriyalardan asılıdır. 

Mənbə: Fed.az